Boğaz ağrısını kəsən müalicəvi qarışıq

Bölmə: Sosial › ,
Tarix: 14:40 13.11.2024

 Soyuq havalar davamlı öskürək, boğaz ağrısı, boğazın qıcıqlanması və bronxit kimi tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. 

Prof. Dr. İbrahim Saraçoğlu, zefir çiçəyi və südü qarışdırmaqla əldə edə biləcəyiniz müalicəvi qarışıqdan danışdı.

 

Prof. Dr. İbrahim Saraçoğlu davamlı öskürək üçün zefir çiçəyi və süd qarışığını tövsiyə edib.

Zefir çiçəyi həssas boğazlı insanlar üçün xüsusilə yaxşı ola bilər. Südlə birləşdirildikdə, allergiya, mövsüm dəyişiklikləri və ya quru hava səbəbiylə qıcıqlanan boğazlara yaxşı təsir edir. Həssas boğazlarda qıcıqlanmadan, gündəlik istehlak edilə bilən qarışıqdır. Bu sayədə dəyişən hava şəraitindən boğazınız daha az təsirlənir.

 

Soyuqdan və ya hava dəyişikliyindən boğazınızda yanma və ya qaşınma hissi varsa, südlə birləşdirilən zefir çiçəyi boğazda yumşaldıcı təsir göstərir. İsti süd də boğazı yumşaldacaq və zefir çiçəyinin təsirini artıracaq. 

 

Xüsusilə quru öskürək zamanı boğazı nəmləndirərək öskürəyi aradan qaldırır və bəlğəmin asanlıqla çıxmasına şərait yaradır.

 

 Bu qarışığı hazırlamaqla bəlğəminizi yumşalda və tənəffüs yollarınızı təmizləyə bilərsiniz. Bundan əlavə, bu qarışıq gecə artan öskürəyi aradan qaldıraraq daha rahat yatmağınıza kömək edir.

 

Mənbə: Pembe Nar 

Nigar Səmədli