Adenavirus nədir? Əlamətləri və qorunma yolları...-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:17 13.11.2024
Son zamanlarda insanlar arasında adenovirus adlanan infeksiya və qrip geniş yayılıb. Adenovirus infeksiyası tənəffüs, həzm, göz və sidik yolları kimi müxtəlif orqan sistemlərinə təsir edən adenovirusun yaratdığı viral xəstəlikdir.
Bu xəstəliyin əlamətləri və qorunma yolları nələrdir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyir ki, bu qrip, zökəm əlamətlər ilə müşahidə olunur:
“Buna qrip deyilir. Amma qrip kəskin virus infeksiyaların törədən viruslardan biridir. Ən ağır virus qripdir. Lakin digər virus infeksiyaları da bu qrupa aiddir və daha yüngül gedişli xəstəliklər törədirlər. Adenovirus yuxarı tənəffüs yollarının infeksiyasını törətməklə zökəm əlamətləri müşahidə olunur. Öskürək, burun axıntısı, boğaz ağrısı, baş ağrısı, hərarətin yüksək olması, uşaqlarda daha ağır hiss olunur. Lakin ümumi götürəndə adenovirus infeksiyası ağır gedən xəstəlik yaratmır. Bir həftə ərzində sağalmaq olur. Xüsusi müalicəsi yoxdur. Sadəcə bol maye qəbul etmək, ev şəraitində istirahət rejminə keçmək bu xəstəliyin sağalmasını asanlaşdırır".
Kəmalə Vəliyeva