Neqativ Düşüncələrin Həyatımıza Təsiri-Pessimizmdən Uzaqlaşmaq Üçün Nələr Etməliyik?

Bölmə: Sosial › ,
Tarix: 18:02 13.11.2024

"Gün ərzində tez-tez neqativ düşüncələrin hücumuna məruz qalırıq. Mənfi enerjili düşüncələrimiz bəzən bizi ağır depressiyaya düşməyimizə səbəb olur. Bəs neqativ düşüncənin fəsadları nələrdir?"

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Gülnar Orucova insanlarda optimist, pessimist, realist düşüncə tərzinin olduğunu bildirib:

 

"Ailə təzyiqi və travmalar ilə böyüyən əksər fərdlər pessimist düşünməyə başlayır. Təbii ki, neqativ düşünmək insana psixoloji və fiziki zərər verməyə yol açır. Bu vəziyyət stressin yaranmasına, nəticədə isə ağciyər, ürək və digər somatik xəstəliklərin inkişafına səbəb olur".

 

Psixoloq bu kimi düşüncələrdən xilas olmağın yollarından da bəhs edib:

 

"Aktiv həyat tərzi yaşamaqla, yəni idmanla məşğul olmaq, musiqi dinləmək, təmiz havada gəzmək bizi neqativ düşüncələrdən uzaqlaşdırır. Əgər neqativ düşüncələrdən uzaq olmaq istəyiriksə, həyatda insanlardan heçnə gözləməməliyik, çünki bəzən gözləntilərimiz bizi yanıldır. Bu da öz növbəsində bizi neqativ düşünməyə vadar edir".

 

Fidan Xəlilova