Dəyərləri ölçülməyən sahələr...
Bölmə: Sosial › ,Tarix: 18:02 14.11.2024
Müasir cəmiyyətdə dəyəri ölçülməyən sahələr mövcuddur. Bütün bu sahələr bir-biri ilə sıx əlaqəli və əhəmiyyətlidir. Bu sahələrə balanslı şəkildə sərmayə qoymaq vacibdir.
Bəs cəmiyyətin bu sahələr vasitəsilə əldə etdikləri nələr mövcuddur ?
Məsələ ilə bağlı psixoloq Gülşən Rüstəmova “informator.az”a açıqlamasında Azərbaycan cəmiyyətinin düşünən beyinlərə, düşüncə tərzinin dəyişməsinə, yeni baxış prizmalarına ehtiyacına təlabatı olduğunu bildirib.
Onun sözlərinə görə, insan zehnin, fəaliyyət və məntiqin inkişaf etdirdikcə özünü mükəmməlləşdirməyə çalışır:
"Bu nüanslar çox önəmlidir. Ona görə ki, insan daim tərəqqidə olmalı, cəmiyyətin tələb etdiyi ehtiyacları qarşılamalıdır. Çünki bizə sağlam cəmiyyət lazımdır. Təbii ki, bu istəyimizi də sağlam, düşüncəli insanlar yarada bilər. Bunun üçün də daim özümüzün və cəmiyyətin xeyrinə olan işləri tutmalıyıq. Çünki bizi müxtəlif istiqamətlərə yönəldən də elə məhz bu cəmiyyətdir".
Psixoloq bir çox məsələlərdə əsaslı dəyişikliklərə ehtiyac olduğunu bildirib:
“Bütün stemlərdə - təhsil, səhiyyə və qanunlar sistemində əsaslı dəyişikliklərə ehtiyac var. Düşüncə tərzi olaraq yeni insanlar, yeni nəsil bu barədə daha fəal iştirak etməlidir.Çünki təbiət, cəmiyyət - hər şey dəyişir. Düşünürəm ki, indiyə kimi əmin oldugumuz və ya şablon qəbul etdiyimiz məsələlərə bir daha baxmalıyıq. Ən vacibi isə bizim bu məsələlərə olan münasibətimizin dəyişməsidir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Asiya Zeynallı