Bağça təhsilinin önəmi...
Bölmə: Sosial › ,Tarix: 19:38 14.11.2024
Son illərdə valideyinlər uşaqlarını bağçaya yönəltməyi çox vacib bilirlər. Lakin keçmiş zamanda bağça olmadığı üçün buna ehtiyac olmayıb.
Bəs bağça təhsilinin önəmi nədən ibarətdir ?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “informator.az”a açıqlamasında bağça təhsilinin təhsil pilləsində ən əhəmiyyətlisi olduğunu bildirib:
"Məktəbəqədər təhsil uşağlara bir çox bacarıqları aşılayır. Məktəbəqədər təhsildə dil, məntiq, analtik düşüncə, təfəkkür öyrənimi daha sürətli və intensivdir. Bu dövrdə formalaşan zəka, tədris qabiliyyəti daha sonra sağlam bir zəmin üzərinə digər bacarıq və biliklərini əlavə etdirir”.
Həmçinin, ekspert müasir dövrdə valideyinlərin işləməsi və uşaqları tək qoymamaq, telefon, komputer kimi zərərli vasitələrdən uzaq saxlamaq məqsədi ilə bağçaya üz tutduqlarını bildirib:
“Bu yaşda telefona həsr etdikləri vaxtı ,müxtəlif əyləncəli oyunlara, rəsmə və digər sosial fəaliyyətlərə həsr etmələri onların gələcək inkişafına müsbət təsir edir. Aparılan apararaşdırmalar sübut edir ki, bağçaya gedən uşaqlar məktəb həyatında daha uğurlu olur. Çünki uşağlarda ictimaiyyət qarşısında çıxış etmək, xarakerin formalaşması, birgə davamiyyət qaydaları inkişaf etmiş olur",-deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova