Bəzi insanlar öz həyatına biganə yanaşırlar

Bölmə: Sosial › ,
Tarix: 19:51 14.11.2024

Bəzi insanlar öz həyatına biganə yanaşırlar. Məhz hansısa bir xəstəlikləri ağırlaşdıqda, pis halla keçdikdə həkimə müraciət edilər.

 

İnsanların öz sağlamlığına biganəliyi nədən qaynaqlanır ?

 

Mövzu ilə bağlı Respublika Endokrinoloji Mərkəzin direktoru, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova "İnformator.az”a açıqlamasında bildirib ki, əgər xəstə ciddi bir xəstədirsə və eyni zamanda buna biganə yanaşırsa, bu müxtəlif vəziyyətlərlə bağlı ola bilər:

 

“İlk olaraq əksər insanlarda maddi vəziyyət yaxşı olmadığı üçün həkimə müraciət etməyə imkanları olmur. Bəzən isə maddiyyat cəhətdən yaxşı olmalarına baxmayaraq geriliyi təmsil edib, öz canlarına qiymət vermirlər".

 

"Bəzən isə xəstələr öz səhətlərində bir şey hiss etmədiklərinə görə belə halları ötüb keçirlər. Lakin həkimə gəldikdə isə görünməyən nüanslar ortaya çıxmış olur. Təbii ki, bu da onlar üçün təhlükəli bir vəziyyətə gətirib-çıxardır ",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Fatimə Məmmədova