Progeriya xəstəliyi- Yaranma səbəbləri və əlamətləri -NƏLƏRDİR?

Bölmə: Sosial › ,
Tarix: 20:07 14.11.2024

Çox nadir, bir o qədər də maraqlı olan Progeriya xəstəliyi uşaqlarda sürətli yaşlanma ilə xarakterizə olunan genetik bir xəstəlikdir. 

 

Bəs bu xəstəliyin səbəbləri və simptomları nələrdir?

 

Məsələ ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, bu xəstəlik ağır bir xəstəlikdir:

 

"Qeyd edim ki, bu xəstəlikdən ən uzunömürlü yaşayan adam İtaliyalı olub və cəmi 28 il yaşayıb. Bu xəstəlik əsasən genetik xəstəlikdir. Progeriya sözünün mənası , özü də qoca deməkdir. 

Burada gendə zülallarla birləşən qruplar olur və eləsi var ki, düzgün birləşmir və belə xəstəlik yaranır. 

Xəstəliyin əsas əlamətləri baş çox böyük, çənə dar, burun böyük görsənir. Daxili orqanlar da həmçinin zədələnir.

Hələlik xəstəliyin müalicəsi tam aşkarlanmayıb, lakin bəzi metodlar var ki, xəstəliyin müalicəsində effektli sayıla bilər".

 

Ekspert sözlərinə görə, bu xəstəliyin müalicəsində transferaza inhibitorlarından da istifadə olunur:

 

" Bu genetik xəstəliklərdə ankologyada işlənən, dəri xəstəliklərində işlənən dərmanlar kimi xəstəliyin vəziyyətinə uyğun dərmanlar istifadə olunur. 

Həmçinin son olaraq qeyd edim ki, ekologiyanın düzəlməsi ilə bu kimi xəstəliklər bir az da olsun azalacaq".

 

Elnurə Kərimova