İstifadəyə yararsız məhsullar -Nələrə diqqət edilməlidir?

Bölmə: Sosial › ,
Tarix: 15:44 15.11.2024

Demək olar ki, hər birimizin həyatında bircə dəfə də olsa, aldığımız ərzaq məhsulları xarab, yəni keyfiyyətsiz çıxıb.

 

Bəs xarab çıxan ərzaqların günahkarı kimdir ?

 

Müsahibimiz marketoloq Bəylər Əlizadə "İnformator.az" saytına açıqlamasında bildirir ki, bu mövzuda bir başa məsuliyyət təbii ki, satıcıda, yəni mağazanın özündədir.

 

 Müsahibimiz xarab məhsulların qarşısını almağın bir sıra yollarını göstərib:

 

"Davamlı vitrinə nəzarət, vitrin yenilənməsi mağazadaxili vacib qaydalardan biridir. Mağaza, vaxtı keçmiş məhsulları vaxtında aşkarlamalı və onu vitrindən qaldırmalıdır".

 

Marketoloqun sözlərinə görə, bəzi məhsullar istehlak müddəti bitməmiş sıradan çıxa bilər:

 

"Buna əsasən saxlama şəraiti, temperaturu, qablaşmanın zədələnməsi, daşınma zamanı baş vermiş zədələnmə və ya çalxalanmalar səbəb ola bilər.

Bu mövzuda satıcılar qədər, müştərilərin də üzərinə məsuliyyət düşür. Müştərilər istənilən məhsulu əldə edərkən  əvvəl onun istifadə müddətinin bitmə tarixinə ,eyni zamanda qablaşmasının vəziyyətinə diqqət etməlidirlər". 

 

Bəylər Əlizadə həmçinin qeyd edib ki, tarix, zədələnmə, saxlanma şəraitinin (istər anbar,istərsə də vitrin) uyğunsuzluğu səbəbindən satıcını günahlandırmaqda haqlı olsaq da, bəzi xırda nüanslar ola bilər ki,(daşınma zamanı çalxalanma və s.) burada satış edən tərəfin də məsələdən xəbərsiz olması normaldır:

 

"Ölkə olaraq bu kimi mövzularda, feedback məsələsində ciddi olmalıyıq. Bəzən məhsul ucuz qiymətə əldə edildiyində və ya mağaza uzaq olduqda, bu barədə geridönüş etmir ,sadəcə məhsulu atırıq. Bacardığımız qədər mağaza rəhbərliyi ilə əlaqə saxlayıb bildirməliyik ki, onların gözündən qaçmış hal varsa, bu barədə məlumatlansınlar və oxşar hallar digər müştərilərin də başına gəlməsin".

 

Çinarə Tarverdiyeva