"Valideynlər bu məsələyə ciddi yanaşmırlar"!-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 17:46 15.11.2024

Müasir cəmiyyətdə valideynlərin ən böyük narahatlılığı övladlarının internetdən, rəqəmsal oyunlardan istifadə etməsidir. Valideynlər oyun və texnologiya asılılığının risklərindən narahat olduqları üçün uşaqlarını uzaq tutmaq istəyirlər.

Bu barədə "İnformator.az"a danışan psixoloq Elmir Əkbərin sözlərinə görə, bəzi valideynlər uşaqlarını komputer, telefon, internet və oyunlardan asıllığını ötəri həvəs kimi qiymətləndirirlər:

"Valideynlər anlamırlar ki, bu zərərli vərdişlərin sırasında dayanmış çox ciddi addiksiya xəstəliyidir, yəni asıllıq xəstəliyidir. Nəticədə oyun asıllığı xəstəliyinə açıq-aşkar keçir. Valideynlər buna ciddi əhəmiyyət verəndə gec olmuş olur. Xəstəlik ciddi etabında olur. Bu gün qumar oyun üzərində qurulub.

Valideynlər uşaqlarının bu vərdişlərinin qarşısını almaq üçün həkim psixoterapin müayinəsinə uşaqlarını gətirməlidirlər. Bu olmayanda uşaqlarını döyərək, cəzalandıraraq heç nəyə nail ola bilməyəcəklər".

Psixoloq vurğulayır ki, bu proses ciddi müalicə tələb edir:

"Peşəkar həkim psixoterapevtin apardığı psixoterapiya seansı, lazımı dərmanlar- bunların da tapılmağı çətindir. Və onlar nevroloji teparatlar kimi asılılıq yaratmamalıdırlar. Bu geniş mövzudur. Ona görə də, zamanında uşaqlarını sağlam və düzgün əyləncələrə, hobbilərə yönləndirməlidirlər ki, onların pis vərdişlərə-narkomaniyaya, iqromaniyaya, sektalara üzv olmaq, içki düşkünlüyünə, qida asılılığına vaxtı, enerjisi qalmasın. Uşaqlar idmanla məşğul olsun, xarici dillər öyrənsin, şahmata getsin”.

Kəmalə Vəliyeva