Zəif nöqtələrimizlə mübarizə aparmağın yolları

Bölmə: Sosial › ,
Tarix: 18:28 15.11.2024

Özünü inkişaf etdirmək müasir dövürdə hər bir insanın etməli olduğu vacib nüanslardandır. Bəzən zəif bir nöqtəmizi tapdıqda insanlar ona rişxənd edirlər. Bəzilərimiz bunun sayəsində özümüzdə güc tapırıq, bəzilərimiz isə tamamilə ruhdan düşürük

 

Bəs özünü inkişaf etdirmək üçün insanların təzyiqi lazımdırmı ?

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında psixoloq Gülşən Rüstəmova təzyiq ,oxşar olmaq anlayışınının cəmiyyətdə mövcudluğunu bildirib:

 

“Sadəcə olaraq, bu təzyiqin bizə nə qədər nüfuz etməsi, bizim özümüzün inkişafından yox, güvənməyimizdən asılıdır. İnsan özünə güvənən zaman çox vaxt özünü dəyərli hesab edir. Lakin bəzi insanlar bu təzyiqlərə sərhəd çəkə bilirlər".

 

Psixoloq bu kimi təzyiqlərdən uzaq qalmağın yollarından da bəhs edib:

 

“Əgər bu kimi təzyiqlərə məruz qalmaq istəmiriksə, birinci növbədə sağlam, psixoloji immunitetə malik olmalıyıq. Bu da sağlam düşüncəli bir insanın yaratdığı şəraitdir".

 

Bundan əlavə, psixoloq bildirib ki, insanın həyatında ən mühüm məqsədlərdən biri də sağlam sərhədin çəkilməsidir. Bu da öz növbəsində bir çox problemlərin həll yolu hesab olunur, deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Fidan Xəlilova