Göz qızarmasının səbəbləri nələrdir? -Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 18:30 21.11.2024

Gözlə bağlı xəstəliklər cəmiyyətdə ən çox rast gəlinən xəstəliklərdəndir. Bəzi insanların gözü tez-tez qızarır. Bu hal baş verdikdə insanlar özləri bunun səbəbini müəyyən etməyə çalışırlar. Əgər fərd göz qızartısının əsl səbəblərini bilmirsə və ya yanlış fikirlər irəli sürürsə, nəticədə problemin genişlənməsinə gətirib çıxara bilər.

Bəs göz qızartısının yaranmasında hansı faktorlar rol oynayır?

Bu barədə həkim-oftalomoloq Elnarə Məmmədova “informator.az”a açıqlamasında bildirir ki, artıq payız mövsümünü yaşayırıq. Bu mövsümdə göz ilə bağlı şikayətlər çox olur:

“Göz qızarmasının səbəbləri olduqca çoxdur. Allergiya, gözlərdə iltihab, kontakt linzalardan çox istifadə, göz quruluğu, quru, küləkli hava, göz yaralanması və s. Gözlərdə qızartı şikayətinin əsasını damar strukturlarının iltihabı təşkil edir. Göz qızartıları tez-tez infeksiyalar, allergiyaya məruz qalma nəticəsində yarandığından yaxşı göz gigiyenası ilə göz qızartısının qarşısını çox vaxt asanlıqla almaq mümkündür. Bunun üçün ən vacib əl gigiyenasıdır. Gözün qıcıqlanmasına səbəb olan mühitlərdən uzaqlaşmaq və allergik faktorlara məruz qalmaqdan çəkinmək lazımdır.
Gündəlik makyajlardan sonra makiyaj təmizlənməlidir. Əgər qıcıqlandırıcı maddə gözə təsir edərsə, göz ətrafı bol su ilə yuyulmalıdır”.

Kəmalə Vəliyeva