Azərbaycanda heyvanların qorunması-HÜQUQŞÜNAS AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:05 21.11.2024

Heyvanların öldürülməsi aktual və həssas mövzulardandır. Heyvanların öldürülməsi onların yaşamaq haqqını pozur.

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı "İnformator.az"a açıqlamasında bildirib ki, heyvanlarla bağlı müəyyən qədər akt qəbul olunub:

 

"Heyvanların qorunması ilə bağlı Azərbaycanda ərazilər var. Həmin qoruqlarda heyvanların saxlanması, bəslənməsi üçün Azərbaycan Respublikası hər bir addımı atır. Əvvəl itlərin öldürülməsi üçün onlara qida verib zəhərləyirdilər. Bunu isə sübut etmək çətin olurdu. Heyvanları işgəncə ilə öldürənlər isə məsuliyyətə cəlb olunub. Küçə itlərinin öldürülməsi faktiki olaraq cinayət məsuliyyəti yaratmır. Qanunvericiliyin "yumşaq" olması təbii ki, xoşagələn deyil. Hesab edirəm ki, qanunlar sərtləşdirilməlidir".

 

Mehman Muradlı Türkiyəni nümunə götürərək, heyvanların peyvənd olunmasını və rahat formada küçədə dolaşdığını bildirib:

 

"Heyvanlarda peyvəndləşmə olmayanda quduzlaşma baş verir. Bu da çox vaxt insanların xəsarət alması ilə nəticələnir. Azyaşlıların, həmçinin böyüklərin üzərinə hücum çəkilməsi ilə bağlı faktlar da mövcuddur".

 

Fatimə Məmmədova