Netanyahu, Gallant və Həmas komandirinə həbs qərarı çıxarılıb
Bölmə: Dünya › ,Tarix: 19:01 21.11.2024
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimləri İsrailin baş naziri və keçmiş müdafiə naziri, həmçinin Həmasın hərbi komandiri barəsində həbs qərarları çıxarıb.
Açıqlamada bildirilib ki, məhkəmənin ilkin dinləmə palatası İsrailin etirazlarını rədd edib və Benyamin Netanyahu ilə Yoav Gallant barəsində həbs qərarları çıxarıb.
Həmçinin Məhəmməd Deif barəsində də həbs qərarı çıxarılıb, lakin İsrail ordusu onun iyul ayında Qəzzada hava hücumu zamanı öldürüldüyünü bildirib.
Hakimlər bəyan ediblər ki, üç şəxsin İsrail ilə Həmas arasındakı müharibə zamanı iddia edilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə "cinayət məsuliyyəti" daşıdıqlarına dair "əsaslar" mövcuddur. Həm İsrail, həm də Həmas bu iddiaları rədd edib.
Mənbə: BBC News
Nuray Qurbanlı