Azərbaycanda Ümumdünya Şəhər forumu keçiriləcək...

Bölmə: Sosial › ,
Tarix: 21:32 21.11.2024

2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək.

 

Forumun ölkəmizə təsiri, ölkəmizin bu tədbirdə qlobal mövqeyi haqqında memar Cahid Həsənov "İnformator.az"a açıqlamasında qeyd edib ki, forum ölkəmizdə çox maraqla gözlənilir:

 

"Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təbii ki, ölkəmizin dünya miqyasında tanınmasına şərait yaradır. Bu tədbirlərin ən alisi də deyərdim ki, şəhər forumları, Ümumdünya Ətraf Mühit Günü kimi tədbirlər, şəhərsalma kimi tədbirlərdir ki, belə tədbirlərin olması Azərbaycanın şəhərsalma və memarlığının dünya ictimaiyyəti, peşəkar mütəxəssislərin iştirakı ilə növbəti dövr üçün düzgün şəkildə qurulmasına zəmin yaradır".

 

Cahid Həsənov ölkəmizdə memarlığın inkişafından da bəhs edib:

 

"Azərbaycanda şəhərsalmada birmənalı şəkildə inkişaf epoxası başlayıb və bu davam edəcək. Nəzərə alsaq ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra 30 illik bir ərazi darmadağın olunub, orada yeni şəhərsalma işi görmək, infrastruktur formalaşdırmaq, kəndlər, qəsəbələr salmaq, tunellərin çəkilməsi körpülərin salınması, yeni yaşayış binaları inşa etmək bunlara görə bu gün məhz Azərbaycana layiqdir ki, şəhərsalma forumunu keçirsin və bu forumda bu işlər həm müzakirə olunsun, həm də reklam olunsun. Bütün dünya ictimaiyyəti görsün və bilsin ki, şəhərsalma necə beynəlxalq forumlarda müzakirələrlə, hesabatlarla, təkliflərin qəbul olunması ilə baş verir. Belə bir forumda şəhərsalma memarları, dizaynerlər olaraq bizim də təkliflərimiz olur, digər memarlar və mütəxəssislərlə tədbirlərdə görüşlər keçirilir, müzakirələr aparılır. Daha da sıx əlaqələr yaranır. Növbəti dövr üçün bir neçə layihələrin verilməsinə də böyük bir zəmin yaradır" .

 

Aləmzər İbrahimova