Rusiya, ona hücum edən dövlətlərin hərbi obyektlərinə qarşı silah istifadə etmək hüququna malikdir-Dövlət Duması

Bölmə: Dünya › ,
Tarix: 20:29 22.11.2024

Dövlət Duması, Prezident Vladimir Putinin verdiyi qərarı dəstəkləyir, çünki Rusiya, ona hücum edən bir dövlətin hərbi obyektlərinə qarşı silahlarından istifadə etmək haqqına malikdir, – Duma sədri Vyaçeslav Volodin bildirib.

"Vladimir Vladimiroviç Putin tərəfindən qəbul edilən qərarı tamamilə dəstəkləyirik," – deyə Volodin Telegram kanalında vurğulayıb. O, əlavə edib ki, ABŞ və Avropadakı müttəfiqlərinin Rusiya ərazisinə raket hücumları həyata keçirdikləri nəzərə alınarsa, bu, uyğun və çoxdan gözlənilən bir cavabdır.

"Ölkəmizin bizə hücum edən dövlətlərin hərbi obyektlərinə qarşı silahlarından istifadə etmək hüququ var," – deyə Volodin vurğulayıb. "Qərbdə Rusiyanın belə addım atmağa cəsarət etməyəcəyi iddialarına baxmayaraq, o bunu edəcək – və buna tam haqqı var," – o əlavə edib.
Volodin xatırladıb ki, ABŞ və Böyük Britaniyanın raketləri Kursk və Bryansk bölgələrindəki hərbi obyektləri hədəf alıb. "Rusiya dəfələrlə belə hərəkətlərin cavab alacağını bəyan edib – və bu cavab daha güclü olacaq," – deyə o bildirib. O əlavə edib ki, Rusiya öz ərazi bütövlüyünü qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan hər şeyi edəcək.

Mənbə: İtar-tass
Zəhra Məmmədova