Solaxay insanlar hansı xüsusiyyətlərinə görə fərqlənirlər?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:48 26.11.2024
Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Bəzi insanlar dünyaya gələrkən solaxay olur. Lakin bu hal valideynlərin tərəddüdünə səbəb olur. Bəziləri bunu sıradan hal kimi qiymətləndirsə də, digərləri solaxayları fərqləndirirlər.
Solxaylığın yaranmasında hansı amillər (psixologiya, irsi və s.) rol oynayır?
Mövzu ilə bağlı ailə və uşaq psixoloqu-Aynur İsmayılova “informator.az” a açıqlamasında bildirir ki, insan dünyaya gələndə də solaxay ola bilər və ya uşaqlıqda sol əl ilə işləmək ona daha rahatdır:
“Bu hallar bəzən irsi, bəzən də seçim xarakteri daşıyır. Amma sağ əl beyinin sol yarım kürəsi, sol əl beyinin sağ yarım kürəsini işlədir. Beyinin sol yarım kürəsi vərdiş, adət, adaptasiya olduğumuz şeyləri idarə edir. Bu insanların sağ ələ meyilli olduğundandır. Beyinin sağ yarım kürəsi, yəni sol əl sırf şüura, məntiqə, yeni işləri bacara bilmə ehtimalına yönəlikdir. Ona görə də, insanlar çox vaxt beyinin sağ yarım kürəsini az istifadə edir. Beyinin sağ yarım kürəsini istifadə edə bilən insanlar solaxay insanlardır".
Psixoloq solaxay insanların üstünlqklərindən danışıb:
"Solaxay insanlar şüurundan daha çox istifadə etmə, bacarıqları cəhətdən digər insanlardan fərqlidirlər. Amma bəzən ibtidai sinif müəllimləri uşaqlar dərsə yeni başlayarkən məcburi şəkildə solaxay uşağı sağ əl ilə yazmağa məcbur edirlər. Bu da uşağın məntiqi cəhətdən , riyazi məsələləri daha tez həll etmək qabiliyyətini zəiflədir. Bəzən sol əlini istifadə edən insan, həm də sağ əlini də istifadə edə bilirlər. Amma bu cəmiyyətdə az insanda rast gəlinir.
Valideynlər bu halla qarşılaşdıqda uşaqlarını alqışlasınlar, onlara motivasiya versinlər. Valideynlər bilsinlər ki, onların uşaqları məntiqinə, şüuruna görə onların uşaqları xeyli irəli gedəcək”.
Kəmalə Vəliyeva