Suriyada nə baş verir? - "Hələb" basqını-

Bölmə: Dünya › ,
Tarix: 22:53 28.11.2024

Birləşmiş Krallıq mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) bildirir ki, çərşənbə günü baş verən toqquşmalarda Əsəd rejimi və müxalif qüvvələrdən 100-dən çox şəxs ölüb. Müxaliflər Əsəd rejiminə aid silah anbarları, zirehli texnikalar və ağır texnikaları ələ keçirib. Al Jazeera-nın xəbərinə görə, yüzlərlə insan Hələbdən qaçıb.

 

Səhərin erkən saatlarında başlayan toqquşmalarda HTŞ-yə bağlı silahlı qruplar Hələbin qərb kəndlərində Əsəd rejiminin nəzarətində olan Əl-Raqib Təpəsi, Qübtan Dağı, Dəbbabat Təpəsi, Ancara qəsəbəsi, 46-cı Baza ilə Kəfər Bəsimə, Basartun, Hur, Əl-Qasimiya, Acil, Bele, Səllum, Kəfər Bissin, Şeyx Akil, Hırderkal, Acəmi, Ürum Suğra, Üveycil, Əl-Hütə, Əl-Dab'a, Ürum Əlkübra, Bişantara, Bakdina, Cəmiyyət Əl-Maari, Cəmiyyət Əbu Amşə, Cəmiyyət Əmin, Cəmiyyət Manahil, Cəmiyyət Əl-Ridvan, Mühəndislər, Arnaz, Kəfərnaha və Kanasel daxil olmaqla 32 kənd və nöqtəni ələ keçirib.

 

HTŞ Hələb şəhər mərkəzindən 5 kilometr yaxınlığa qədər irəliləyib və ələ keçirdiyi ərazinin sahəsi 245 kvadrat kilometrə çatıb.

 

Əsəd rejimi toqquşmalar davam edərkən yerüstü silahlarla mülki yaşayış məntəqələrini hədəf alıb.

 

HTŞ ələ keçirdiyi bölgələrdə Əsəd rejiminə aid ağır silahlar və hərbi texnikaları ələ keçirib, onlarla rejim əsgərini əsir götürüb.

 

Rejim ilə HTŞ arasındakı toqquşmalar davam edərkən, bölgədəki münaqişələrdən qaçan təxminən 10 min mülki şəxs İdlibin kəndlərinə sığınıb. Toqquşmalar Hələb mərkəzinə doğru intensivləşərək davam edir.

 

Mənbə: CNN Türk

Nuray Qurbanlı