Putin Donbass və Novorossiyanın iqtisadi potensialını yüksək qiymətləndirir

Bölmə: Dünya › ,
Tarix: 22:30 30.06.2025

 

Rusiya prezidenti Vladimir Putin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin inkişafı ilə bağlı müşavirədə bildirib.

 

"Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin sənaye, kənd təsərrüfatı, maddi-texniki, iqtisadi potensialı çox böyükdür. Onlar istər inqilabdan əvvəl, istərsə də sovet dövründə bütün ölkəmizin inkişafına mühüm töhfələr veriblər. Orada həqiqətən də parlaq elmi və peşəkar məktəblər formalaşıb, orada yüksək ixtisaslı mütəxəssislər yaradılıb”.

O əlavə edib ki, bu regionlar Ukraynanın tərkibində olarkən, xüsusən də son onillikdə “orada hər şey qalıq prinsipi ilə maliyyələşdirilib və tənəzzülə uğrayıb”.

Putin bu regionların iqtisadiyyatının güclü şəkildə yenidən işə salınmasının vacibliyini qeyd edib.

 

TASS

Fatimə Şahverdiyeva