Qəzzada kafeyə hava zərbəsi : Onlarla mülki şəxs həlak olub

Tarix: 22:06 30.06.2025
İsrailin Qəzza sahilində yerləşən məşhur Əl-Bəqa kafeyə hava zərbəsi nəticəsində azı 20 fələstinli həlak olub. Həmin kafe jurnalistlər, fəallar və yerli sakinlərin tez-tez toplandığı bir yer idi. Xilasedicilər bildiriblər ki, cəsədlər və yaralılar dərin kraterlərdən və çadırlardan təxliyə olunub. Hücum nəticəsində Qəzza şəhərində yerləşən Əl-Əhli xəstəxanasına onlarla yaralı aparılıb.
Sosial mediada yayılan görüntülər hücumun dəhşətli nəticələrini göstərir. İsrail ordusu hadisəyə şərh verməyib. Hücumlar Qəzza zolağında kütləvi təxliyələrə səbəb olub. Zərbələr sıx məskunlaşmış əraziləri, o cümlədən Şucayya, Tuffah və Zeytun məhəllələrini hədəf alıb. Məcburi köçkünlərə sığınacaq verən məktəblər də zərbələrdən ziyan çəkib.
İsrailin təzyiqlər fonunda atəşkəsə getməsi tələb olunsa da, hücumlar davam edir. ABŞ prezidenti Tramp Netanyahunun HƏMAS-la razılaşma üzərində işlədiyini bildirib. Martda başlayan və pozulan atəşkəs razılaşması nəticə verməyib. Qəzzaya humanitar yardımın çatdırılması qismən bərpa olunsa da, yardım paylanması zamanı mülki itkilər davam edir.
Qəzza sakinləri yeddi dəfə məcburi köç etməyə məcbur olduqlarını deyirlər. Su, yemək və təhlükəsiz sığınacaq çatışmazlığı fonunda humanitar böhran dərinləşir. İsrailin növbəti addımları və atəşkəs razılaşması istiqamətində mümkün dəyişikliklər beynəlxalq diqqət mərkəzindədir.
Oktyabr hücumunda 1200 nəfərin həlak olduğu, 251 nəfərin girov götürüldüyü bildirilir. Cavab zərbələri nəticəsində isə Qəzzada 56 mindən çox insan ölüb.
Mənbə: BBC
Türkan Kərimli