"Ukrayna münaqişəsini həll etmək üçün əsas səbəblər aradan qaldırılmalıdır" -Kremlin sözçüsü

Bölmə: Dünya › ,
Tarix: 20:29 29.11.2024

"Ukrayna münaqişəsinin həll yoluna keçmək üçün onun əsas səbəblərini aradan qaldırmaq zəruridir" deyə Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq mediaya bildirib. "Bizim həll üçün tamamilə aydın parametrlərimiz var" deyə Peskov qeyd edib.

 

Kremlin sözçüsü vurğulayıb ki, əlbəttə, münaqişənin həlli yoluna keçmək üçün bu münaqişənin əsas səbəblərini həll etmək lazımdır. Burada hər şey sülhməramlı missiyanın göndərilməsi qərarından daha dərindir.

 

Ukrayna münaqişəsinin həlli parametrlərindən danışarkən, Peskov qeyd edib ki, əsas səbəblərlə yanaşı, prezidentin iyun ayında Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə müraciət edərkən irəli sürdüyü fikirlər də nəzərə alınmalıdır.

 

Mənbə: İtar-tass

Zəhra Məmmədova