"Rusiya Tramp komandasının Ukrayna ilə bağlı təkliflərindən məmnun deyil"-Sergey Lavrov
Bölmə: Dünya › ,Tarix: 23:33 29.12.2024
Rusiya, ABŞ- nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynanın NATO-ya üzvlüyünü 20 il təxirə salmağı və orada Avropa Şurası və Böyük Britaniya sülhməramlılarının yerləşdirilməsini təklif edən planlarından məmnun deyil. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
"Çoxsaylı sızmalar və Donald Trampın dekabrın 12-də Time jurnalına verdiyi müsahibəyə əsasən, o, cəbhə xətti boyunca döyüşlərin "dondurulmasından" və Rusiyaya qarşı mübarizənin məsuliyyətini Avropalılara ötürməkdən danışır. Yeni seçilmiş prezidentin komandasının Ukraynanın NATO-ya üzvlüyünü 20 il təxirə salmağı və Ukraynada Böyük Britaniya və Avropa qüvvələrindən ibarət sülhməramlı kontingent yerləşdirməyi təklif etməsi bizi qətiyyən qane etmir" deyə Lavrov vurğulayıb.
Eyni zamanda Lavrov bildirib ki, Moskva hazırda ABŞ-dan Ukraynanın həlli ilə bağlı heç bir rəsmi siqnal almayıb. "Yanvarın 20-nə - inauqurasiya tarixinə qədər Donald Tramp "yeni seçilmiş prezident" statusuna malikdir. Hazırda yalnız bu administrasiya ABŞ adından Rusiya ilə əlaqə qura bilər. Zaman-zaman belə əlaqələr haqqında məlumat alırıq, lakin bu cür təmaslarda Ukrayna ilə bağlı danışıqlardan söhbət getmir".
Mənbə: ITAR TASS