İsrail evlərinə dönmək istəyən livanlılara atəş açdı
Bölmə: Dünya › ,Tarix: 14:33 27.01.2025
Livanla əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, çəkilməyən İsrail ordusunun ölkənin cənubundakı bölgələrə keçməyə çalışan livanlılara hücumu nəticəsində 11 nəfər həlak oldu, 83 nəfər yaralandı.
Livan ilə İsrail arasında 27 noyabr 2024-cü ildə başlayan və 60 gün davam etməli olan atəşkəs razılaşması bu gün sona çatırdı.
İSRAİL ORDUSUNDAN AÇIQLAMA
İsrail ordusundan edilən yazılı açıqlamada Livanın cənubunda işğal altındakı bölgələrdə “şübhəli şəxslərin yaxınlaşdığı müşahidə edilən müxtəlif ərazilərdə təhlükələrin aradan qaldırıldığı və dəf edildiyi” iddia edildi. Livan ordusu isə İsrail əsgərlərinin hücumu nəticəsində 1 əsgərin həlak olduğunu, 1 əsgərin isə yaralandığını bildirdi.
ATƏŞKƏS RAZILAŞMASI BU GÜN SONA ÇATIR
Atəşkəs çərçivəsində nəzərdə tutulan müddətdə Livanın cənubundan çəkilməyən İsrail ordusunun hücumlarında səhər saatlarından etibarən biri Livan əsgəri olmaqla 4 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib.
İSRAİL POZUNTULARINI DAVAM ETDİRDİ
Razılaşmanın qüvvəyə minməsindən sonra ötən müddət ərzində İsrail ordusu, bombardmanlar və ev yıxma kimi addımlarla atəşkəs pozuntularını davam etdirdi.
"TAM ÇƏKİLMƏ BU GÜN TAMAMLANA BİLMƏYƏCƏK"
İsrail ordusu, 24 yanvarda verdiyi açıqlamada, Livanın cənubundan çəkilmə prosesinin 60 gündən çox davam etdiyini və bu vəziyyətin razılaşmaya daxil edildiyini əsas gətirərək, 26 yanvar Bazar günü tam çəkilməni tamamlamayacağını bəyan edib.
Mənbə: Haberler.com
Aygün Babayeva