Coca-Cola təhlükəsizlik baxımından Avropadakı içkiləri geri çağırır
Bölmə: Dünya › ,Tarix: 22:53 28.01.2025
Coca-Cola yüksək miqdarda xloratın aşkar edildiyi bəzi Avropa ölkələrində satılan içkiləri geri çağırıb.
“Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC) “Coca-Cola Europacific Partners Belgium”in istehsal etdiyi müxtəlif məhsulların həddindən artıq xlorat səviyyəsinə görə geri çağırılmasına qərar verdiyini açıqladı”.
Açıqlamada, istehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib. eləcə də bu məhsulların müxtəlif növləri. Açıqlamada istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi paylaşılıb. Belçika mətbuatının yazdığına görə, geri çağırılmağa başlayan Coca-Cola məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal edilib. Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib. Xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində yaranır.
Mənbə: trthaber
Türkanə Meşədiyeva