Kartalkayada baş verən yanğınla bağlı Türkiyə Böyük Millət Məclisində komissiya yaradılıb
Bölmə: Dünya › ,Tarix: 23:35 28.01.2025
Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Bolu Kartalkaya xizək kurortunda Grand Kartal otelində baş verən yanğınla bağlı bütün məqamları araşdırmaq üçün TBMM İstintaq Komissiyası yaradılıb.
Yanvarın 21-də səhər saatlarında Bolu Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğında əksəriyyəti uşaq olmaqla 78 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğınla bağlı bütün məqamların araşdırılması və bununla bağlı görüləcək tədbirlərin müəyyən edilməsi məqsədilə TBMM İstintaq Komissiyasının yaradılması qəbul edilib. Səsvermədə bütün siyasi partiyalar müsbət səs verib. 22 üzvdən ibarət olacaq komissiyanın iş müddəti 3 ay olacaq və lazım gəldikdə Ankaradan kənarda da fəaliyyət göstərə biləcək. Komissiyanın üzvləri daha sonra müəyyənləşəcək. İstintaq Komissiyasının yaradılmasının qəbul edilməsindən sonra TBMM sədrinin müavini Cəlal Adan sabah saat 14.00-da toplanacaq məclisi bağladı.
Cəfərova Səkinəbəyim
TRT HABER