Mafiyalar meşə yanğınlarını silah kimi istifadə edirlər
Bölmə: Dünya › ,Tarix: 20:31 27.01.2025
Hər il İtaliyanın cənubunda minlərlə meşə yanğını baş verir. Bu yanğınlara yandırıcı istilər və səhradan əsən isti, quru sirokko küləkləri səbəb olur. İqlim böhranı bu yanğınları daha da şiddətləndirir, lakin yeni araşdırmalara görə, onları qızışdıran qığılcımı mafiya yarada bilər.
İsti, quru küləklər İtaliyanın şiddətli yanğınları üçün şərait yaratsa da, onları insan əli ilə alovlandırırlar. Rəsmilər bildirir ki, yanğınların yarısından çoxu məqsədli şəkildə törədilir. Səbəblər isə torpaq təmizlənməsindən şəxsi intiqama qədər dəyişir.
Yanğınların mafiya nəzarətinin güclü olduğu ərazilərdə daha sıx cəmləşməsi bu cinayətkar qruplaşmaların fəaliyyətinə artan diqqət cəlb edir.
Mafiyanın bu regionda yanğınlardan nəzarət və maliyyə qazancı üçün “silah” kimi istifadə etdiyini bildirən UC Berkeley tədqiqatçısı Loren Pirsın Siciliyada prokurorlar, polis, ekoloji qruplar və yerli sakinlərlə aylarla danışıb.
Mafiyanın kölgələrdə fəaliyyət göstərməsi və icmalara yüksək nəzarəti məlumatların toplanmasını çətinləşdirir. Lakin son tədqiqatlara görə, təşkilatlanmış cinayətkarlıqla meşə yanğınları arasında aydın bir əlaqə var.
Mənbə: CNN
Nuray Qurbanlı