ABŞ-də səhmlər kəskin şəkildə ucuzlaşıb
Bölmə: Dünya › ,Tarix: 20:37 27.01.2025
ABŞ-də səhmlər bazar ertəsi səhəri kəskin eniş yaşadı, bunun səbəbi isə Çinin süni intellekt sahəsində fəaliyyət göstərən DeepSeek şirkətinin gözlənilməz irəliləyişi olub. Bu hadisə, ABŞ-ın texnologiya sənayesinin toxunulmazlığına olan inamı sarsıtdı.
Dow Jones 0,8% ucuzlaşdı. S&P 500 indeksi 2%, texnologiyaya əsaslanan Nasdaq isə 3,6% aşağı düşdü. Nasdaq 2022-ci ilin sentyabrından bəri 4%-lik enişlə bağlanmayıb.
Meta ötən həftə süni intellektin inkişafına bu il 65 milyard dollardan çox vəsait xərcləyəcəyini açıqladı. OpenAI-nin CEO-su Sam Altman isə ötən il bildirmişdi ki, süni intellekt sənayesi mürəkkəb modelləri işlədən, elektrikə tələbatı yüksək olan məlumat mərkəzləri üçün tələb olunan çiplərin inkişafını dəstəkləmək üçün trilyonlarla dollar investisiyaya ehtiyac duyur.
Prezident Donald Trampın tərəfdarı və dünyanın aparıcı texnologiya investorlarından biri olan Mark Andriessen, X platformasında etdiyi paylaşımda DeepSeek-i “gördüyüm ən möhtəşəm və təsirli irəliləyişlərdən biri” adlandırıb.
Mənbə: CNN
Nuray Qurbanlı