Kumbh Mela Festivalı nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:27 29.01.2025

Kumbh Mela (Müqəddəs Küp Festivalı) dünyanın ən böyük dini mərasimlərindən biridir.

 

Hindistanın dörd şəhərində keçirilən bu festivalda milyonlarla insan Qanq, Yamuna, Qodavari və ya Şipra çaylarında yuyunaraq günahlarından təmizləndiyinə inanır. 12 ildən bir Allahabad şəhərində keçirilən “Maha Kumbh Mela” isə 45 gün davam edir.

 

Festivalın ənənələri

 

Festivalın əsas ritualı müqəddəs çaylarda çimməkdir. Hindu inancına görə, bu, günahlardan təmizlənməyə və ruhun xilasına səbəb olur. Festivalda Hindu rahiblərinin (saduların) yürüşləri xüsusi diqqət çəkir. Onların arasında Naga Sadular çılpaq gəzib bədənlərini küllə örtmələri ilə tanınır. Akhadalar adlı dini birliklər festivalın ilk müqəddəs çimmə mərasimini həyata keçirir. Kumbh Mela təkcə dini deyil, həm də böyük mədəni və sosial hadisədir. Festival çərçivəsində dini mühazirələr, fəlsəfi müzakirələr və musiqili tədbirlər təşkil olunur.

 

Mənbə: NTV
Ləman Ağayeva