Azərbaycanın gələcəyi bugünkü gənclərin əlindədir!
Bölmə: Sosial › ,Tarix: 11:49 02.02.2025
2 fevral -Respublikamızda Gənclər günü kimi qeyd olunur.
1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncam verməsi ilə bu əlamətdar günün əsası qoyulub. Heydər Əliyev gənclərə xüsusi diqqət və dövlət qayğısı göstərib. O, gəncləri Azərbaycanın gələcəyi və cəmiyyətin əsas sütunu hesab edirdi.
Gənclər günü daha güclü, savadlı, vətənpərvər olmaq çağırışıdır. Bu gün, eyni zamanda dövlətin gənclərə göstərdiyi qayğının təzahürüdür.
Gənclər- cəmiyyətin gələcəyinin təminatçısıdır. Gənclər cəmiyyətin kreativ və ən enerjili təbəqəsini təmsil edən şəxslərdir. Gənclər gələcəyə yönəlmiş düşüncələri ilə ölkənin iqtisadi, mədəni və sosial həyatında mühüm rol oynayırlar. Onların düzgün istiqamətləndirilməsi dövlətin, eyni zamanda cəmiyyətin mühüm vəzifəsidir.
Əziz gənclər, Bayramınız mübarək!
Nərmin Həşimova
"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv seçilib.