“Fenerbahçe”dən möhtəşəm geri dönüş
Bölmə: İdman › ,Tarix: 23:17 02.02.2025
Çempionluq mübarizəsi aparan “Fenerbahçe”, Trendyol Süper Liqasının 22-ci turunda 2:0 geriyə düşdüyü oyunda “Çaykur Rizespor”komandasını 3:2 hesabı ilə məğlub edərək möhtəşəm geri dönüşə imza atdı. “Rizespor”həyəcan dolu matçı 9 nəfərlə tamamladı.
Trendyol Süper Liqasının 22-ci turunda Fenerbahçe Çaykur Rizesporu qəbul etdi.
5 qolun vurulduğu və 2 qırmızı vərəqənin göstərildiyi qarşılaşmada “Fenerbahçe” 3:2 hesabı ilə qalib gəldi.
Sarı-lacivərdlilərin qollarından ikisini Edin Dzeko, birini isə En-Nesyri vurdu. “Çaykur Rizespor”un hər iki qoluna isə Ali Sowe imza atdı.
“Rizespor”da İbrahim Olawoyin və Rachid Ghezzal qırmızı vərəqə aldı.
Ardıcıl 5-ci qələbəsini qazanan “Fenerbahçe” xallarını 51-ə yüksəldərək zirvə yarışını davam etdirdi. “Rizespor” isə turu 27 xalla tamamladı.
Mənbə: TRT Spor
Aytac Mustafayeva