“İran bölgədə Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verməlidir”-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:45 04.02.2025

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib. Bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.


Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az” a açıqlamasında bildirib ki, Azərbaycan-İran arasında son təmaslar Azərbaycan Prezidentinin köməkçisi İranda bir çox görüşlər keçirməsi, hətta İran prezidenti ilə görüşməsi və müxtəlif danışıqların, razılaşmaların aparılması və bir çox siyasi-iqtisadi baxımdan təmasların qurulması, son dövrlərdə İranla Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub:

 

“Bu münasibətlərin gələcəyi ilə bağlı müəyyən nikbin proqnozlar səsləndirə bilərik. İranla Azərbaycan arasında zaman-zaman müxtəlif fikir ayrılıqları olub. Tərəflər arası münasibətlərin gərginləşib. Bu daha çox İran tərəfinin sərgilədiyi siyasətin nəticəsində baş verib. Çünki Azərbaycan daim öz qonşuları ilə, xüsusilə də İranla dostluq və qardaşlıq münasibətləri çərçivəsində öz siyasətini müəyyən edib. Amma İran tərəfindən bu münasibət normal qarşılanmayıb.

 

Son proseslər onu göstərir ki, İranla Azərbaycan bölgədə bir-biri ilə daha yaxın təmaslar qurmalıdır. Azərbaycanın Cənubi Qafqazda yaratdığa yeni reallıqlar, bölgədə qurmaq istədiyi sülh və təhlükəsizliyin davamlı olması ilə bağlı siyasət müsbət nəticə verib. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycandan İrana qarşı heç bir təhlükə və təhdid yoxdur, olmayacaq da. İran da bu məsələlərə normal, səmimi qarşılıq verməlidir”.

 

Politoloq İranın Ermənistan siyasəti və Zəngəzur dəhlizi məsələlərinə də toxunub:

 

“İran çox yaxşı anlayır ki, Ermənistana güvənmək olmaz. Bu, həmin Ermənistandır ki, bir müddət əvvəl İranla sıx əlaqlər qurub. İran da onu dətəkləyib. Amma son aylarda Ermənistanın ABŞ-la, Qərb ölkələri ilə sıx əməkdaşlığını şahidi oluruq. Hətta Qərb hərbiçilərinin, ABŞ-nin Avropa hərbiçilərini Ermənistan ərazisinə yerləşdirmək məsələsi artıq an məsələsidir. Bütün bunlar İran dövlətinin mahiyyətinə zidd addımlardır. Çünki uzun müddətdir ki, Qərb, ABŞ, Avropa ilə münasibətləri düşmənçilik səviyyəsinə gəlib çatıbdır. Bu halda Ermanistanın öz ərazisində Qərb hərbiçilərinə plastarn verməsi, hətta Amerika hərbiçilərinin İranla Ermənistan sərhədinə qədər gətirilib çıxarılması məsələsi ciddi siqnaldır. İran artıq reallığı çox yaxşı anlayır. Buna görə İran bölgədə Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir”.


Kəmalə Vəliyeva