Üsyançılar DR Konqoda atəşkəs çağırışı etdilər

Bölmə: Dünya › ,
Tarix: 19:26 04.02.2025

Keçən həftə Demokratik Konqo Respublikasının şərqində yerləşən Qoma şəhərini ələ keçirdiyini iddia edən bir üsyançı qrup, Konqo ordusu ilə döyüşlər nəticəsində yüzlərlə insanın həyatını itirməsindən sonra təcili humanitar atəşkəs çağırışı edib.

 

Bazar ertəsi yayımlanan bəyanatda, M23 silahlı qrupunun da daxil olduğu üsyançı koalisiya – Fleuve Konqo Alyansı (AFC) – Konqo hökumətini nəzərdə tutaraq, “Kinşasa rejiminin yaratdığı humanitar böhrana cavab olaraq” çərşənbə axşamından etibarən atəşkəs elan etdiyini bildirib.

 

DR Konqo və beynəlxalq ictimaiyyətin böyük hissəsi qonşu Ruandanı M23 üsyançılarını dəstəkləməkdə ittiham edir.

 

Konqo ordusunun atəşkəsi qəbul edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir. Əvvəlki müdaxilələr, o cümlədən atəşkəs razılaşmaları, düşmənçiliyi dayandıra bilməyib.

 

DR Konqo ordusunun sözçüsü, General Silveyn Ekenge bildirib ki, üsyançıların atəşkəs çağırışı səmimi deyil.

 

“Ruandalıların dediklərini etdiyini görmüsünüzmü? (Üsyançıların atəşkəs elan etməsi) beynəlxalq ictimaiyyətə ünvana yönəlmiş bir bəyanatdır və beynəlxalq ictimaiyyəti ayaqüstə yatırtmaq məqsədi daşıyır”, – deyə o bildirib.

 

Mənbə: CNN

Nuray Qurbanlı