II cəhd magistr imtahanlarının çətinlik səviyyəsi necə olacaq?

Tarix: 21:01 26.02.2025
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirib.
Bakalavrların böyük bir qismi sosial şəbəkələrdə l cəhd magistratura imtahanının çətinliyindən şikayətlənirlər.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad "informator.az"a açıqlamasında bildirib ki, Magistr imtahanının I cəhdi müəyyən dərəcədə çətin keçirilib:
"İmtahanın çətinlik dərəcəsinin yüksək olması tələbələrin həm imtahan nəticəsinə həm də keçid ballarına təsir göstərəcək. Belə olduğu halda II cəhd magistratura imtahanının I cəhdə nisbətən asan keçiriləcəyi gözlənilir. Beləliklə, II cəhd magistratura imtahanları səviyyəsi aşağı salınacaqdır ki, balans qoruna bilsin. Əgər ll cəhd asan keçirilməsə, bu vəziyyət tələbələr arasında narahatçılığa səbəb ola bilər. Dövlət İmtahan Mərkəzi (DİM) bu il imtahanları çətin səviyyədə etsə, keçid ballarını aşağı salmalı olacaq. Keçid ballarının aşağı salınması gələn il magistraturaya hazırlaşan tələbələr də çaşqınlıq yaradacaqdır".
Məryəm Zaliyeva