Rusiya- Ukrayna müharibəsində ABŞ-nin rolu

Tarix: 21:04 26.02.2025
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi, həm Ukraynanın gələcəyi, həm də dünya siyasəti üçün əhəmiyyətli təsirlər yaradıb. Müharibənin taleyi, həm Ukraynanın özünün, həm də müttəfiqlərinin qərarlarına bağlıdır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və digər güclü dövlətlərin rolu müharibənin sonlandırılması və sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Bu haqda politoloq Həşim Səhrablı “informator.az”a açıqlamasında deyib ki, Ukraynanın həm hakimiyyət, həm də dövlət olaraq, razılığı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hər hansı razılaşma qəbul edilə bilməz:
“ABŞ, Ukraynanın rəsmi olaraq tərəfi deyil. ABŞ -dən Ukraynaya silahlar gəlsə belə ABŞ -nin müqavilədə heç bi səlahiyyəti yoxdur. ABŞ -nin Ukraynaya dəstək olmaması, Zelenskinin müharibəni davam etdirib, etdirməməsinə yol açan ehtimallardandır. Avropa İttifaqı və əksər Avropa dövlətləri Ukraynanın haqlı mübarizəsində onu dəstəkləyəcəklərini bildiriblər. Zelenskinin Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Türkiyə onun sərhədləri yaxınlığında və Türkiyə siyasətini də təhlükə altına atacaq hər hansı dəyişikliklərə razı deyil. Türkiyə də ədalətsiz sülhdənsə, müharibədə Ukrayna tərəfini dəstəkləyə bilər.
ABŞ olmadan da, Trampla Zelenskinin yollarının tamamilə ayrılacağı təqdirdə də Zelenski Türkiyə və digər dövlətlərdən aldığı dəstəklə müharibəni davam etdirə bilər. Ukrayna qərb və Avropadan aldığı yardımlarla Rusiyanı məğlub edə bilməsə də , özünü müdafiə edə biləcək”.
Asiman Vəliyeva