Tramp transgender qadınların qadın idman növlərində iştirakını qadağan edən fərman imzaladı
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5642541_3.jpg)
Tarix: 16:27 06.02.2025
ABŞ Prezidenti Donald Tramp transgender qadınların qadın idman kateqoriyalarında iştirakını qadağan edən icra fərmanı imzalayıb.
Bu fərman təlimatlar, qaydalar və hüquqi izahlar təqdim edir və uyğunsuz hesab edilən liseylərin araşdırılması üçün Təhsil Departamentini cəlb edir. Respublikaçılar bunun idmanda ədaləti bərpa etdiyini desələr də, LGBT hüquqları və insan haqları təşkilatları bu addımı diskriminasiya kimi qiymətləndiriblər.
Dərhal qüvvəyə minən bu fərman əsasən liseylər, universitetlər və yerli idman tədbirlərini əhatə edir.
Üzgüçülük, atletika və qolf kimi bir sıra idman federasiyaları kişi yetkinlik dövründən keçmiş transgender qadınların elit səviyyədə qadın kateqoriyasında yarışmasını artıq qadağan edib.
Ağ Ev rəsmilərinin çərşənbə günü səhər jurnalistlərə verdiyi məlumata görə, bu son fərman Təhsil Departamentinə, Title IX (ABŞ-da federal maliyyə ilə təmin olunan təhsil proqramlarında cinsi ayrı-seçkiliyi qadağan edən qanun) qanununa əsasən məktəblərin bu qaydaları necə tətbiq etdiyini araşdırmağa imkan verir.
Nuray Qurbanlı
BBC