“Zelenskinin bu fikirləri ABŞ-ni ittiham xarakteri daşıyır”-POLİTOLOQDAN ŞƏRH
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5962413_).jpg)
Tarix: 16:26 07.02.2025
“ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur”.
Bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, analitik Əli Zülfüqaroğlu "informator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Ukrayna planının nədən ibarət olması ABŞ-lə Rusiya arasındakı danışıq prosesinin gedişində məlum olacaq:
“Zelenskinin bu fikirləri ABŞ-ni ittiham xarakteri daşıyır. Yəni indiki hökümətin Bayden administrasiyasından fərqli olaraq Ukraynaya dəstəyi azaldılması istiqamətində fikirlər səsləndirməsindən Ukraynanın , Zelenskinin narahat olması müşahidə olunur. Zelenskinin hakimiyyətdə qalması çətinləşəcək. Ona görə də Zelenskinin bu fikirləri səsləndirməsi təbiidir.
ABŞ-lə Rusiya arasındakı münasibətlər altqatlarda bununla bağlı danışıqların aparılması mümkündür. İstər Rusiya, istər ABŞ mətbuata məlumatlar sızdırır. Amma ABŞ-lə Rusiya arasındakı münasibətlərin normal olması Tramp hökümətinin marağındadır. Çünki istər dünyada, istər ABŞ daxilində Trampa qarşı olan hidroloji müstəvidə hücumların neytrallaşdırılması üçün Trampın bir sıra dövlətlərə ehtiyyacı var.
Əgər Tramp istəsə, Ukraynaya yardımın sürətlə kəsilməsinə nail ola bilər. Bu isə o deməkdir ki, Ukrayna təslimçi sülhə gedəcək. Ona görə də Tramp Rusiyanı daha çox kompromisə məcbur etməyə çalışır. Bunun üçün isə zəif Rusiya lazımdır. Bunun ilk siqnallarını Tramp inaqurasiya mərasimində verdi. Bildirdi ki, ABŞ neft istehsalını artıracaq. Həmçinin xarici enerji satacaq. Bu, ilk növbədə seçki öncəsi verdiyi vədlərin həyata keçirməsi üçün zəmin yaradacaq. Yəni ölkədə enerji daşıyıcılarının qiymətinin enməsi və iqtisadi sahəyə müəyyən stimul verilməsi üçün bu addım vacibdir.
Tramp Səudiyyə Ərəbistanını da məcbur edəcək ki, neftin istehsalını artırsın. Səudiyyə Ərəbistanı da bu qərarı versə, neftin qiyməti kəskin şəkildə aşağı düşəcək. Bundan sonra Rusiyanın iqtisadi durumu zəifləyə bilər. Çünki Rusiyanın əsas gəliri neft və qaz ixracatı ilə bağlıdır. Ona görə də Rusiyaya da müharibəni davam etdirmək maraqlı olmayacaq”.
Politoloqun sözlərinə görə, ABŞ Rusiyanı kompromisə məcbur edə bilər və bu, zaman alacaq:
“Bu müddətdə Zelenski hakimiyyətlə vidalaşmalı olacaq. Bu, Trampa da lazımdır. Putin Zelenskini legetim prezident kimi tanımır. Onunla danışıqlar aparmayacağını bilir. Zelenskinin hakimiyyətdə qalması Tramp hökümətinə də sərf etmir.
Rusiya-Ukrayna arasında sülh ola bilər. Lakin bu , zaman alacaq. Bu, zaman kəsiyində də gəlinən nəticələrdən asılı olaraq, sülh müqaviləsi imzalana bilər. Zelenskini Qərbdə ciddiyə alan dövlətlər yoxdur. Onun nüvə silahı ilə bağlı çağrışları heç bir əhəmiyyətə malik deyil. Bunun reallaşacağı qeyri-mümkündür. Çünki Ukrayna vaxtı ilə nüvə silahına sahib olan ölkələrdən idi. Onun nüvə silahı olmayan dövlətə çevrilməsində ABŞ başlıca rol oynayır. Yəni istər Qərb, Rusiya, istər ABŞ qazanan tərəfdir”.
Kəmalə Vəliyeva