"Yaş keçdikcə bədən travmalara qarşı daha da həssaslaşır"

Tarix: 13:46 17.02.2025
Uşaq dünyaya gəlməmişdən belə, ana bətnində ananın düzgün qidalanması, düzgün fiziki hərəkətlər hər biri uşağın gələcəyinə, bədən quruluşuna, immun sisteminə özünün təsirini göstərir.
Məsələ ilə bağlı həkim Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, insan üçün fiziki hərəkətlər, iş, damarların zədələnməməsi lazımdır:
"Damarlar düzgün qidalanmadıqda, zərərli qidalar, ayaqüstü yeməklər bu natəmizliklər damarları zədələyir. Damarlar zədələnəndə, damarların özündən başqa, qidalandırdığı orqanlarda zədələnir. Ona görə də, sümük sistemimizi normal qidalandırmalıyıq. Sümüyümüzün bərkiməsi üçün hər birimiz bilirik ki, kalsium lazımdır. Mədə-bağırsağın normal işləməsi bir insanın həyatında ən vacib şərtlərdən biridir".
Həkimin sözlərinə görə, onurğa, oynaqlar, dişlərin inkişafında kalsium əsasdır:
"Yaşa, gücə, immun sisteminə uyğun hərəkət etdikdə, özümüzü qorumuş sayılırıq. Biz, damar xəstəlikləri, mədə-bağırsaq, sinir sistemi bunları zədələdikdə, yaşlandıqca zədələnmələrimiz daha da artır. Ağır yükü anidən qaldırdığımız zaman bədənimizə ziyan vururuq".
Nigar Səmədli