Dilimizə əcnəbi təsirlər-Qorxmalı yoxsa qorumalı?

Tarix: 17:46 23.02.2025
Türkiyə türkcəsi Azərbaycan dili ilə birlikdə Oğuz qrupuna daxildir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında dilçi alim Tofiq Hacıyev bildirib. Onun sözlərinə görə, bu dillər qatlar üzrə bir-birinə çox yaxındır:
“Zaman-zaman ərəb, fars, rus və digər dillərdən dilimizə müəyyən sözlər daxil olub. Paralel olaraq isə mühafizəkar olan
qrammatik quduluşa da bir sıra “cahillər” tərəfindən əcnəbi təsirlər göstərilir”.
T.Hacıyev qeyd olunan təsirlərin timsalında Ayaz Salayevin ifadəsini də ön plana çəkib:
“Bu təsirlər Ayaz Salayevin türk dilinin istifadəsi ilə bağlı dilə gətirdiyi ifadələrində də özünü göstərir. Türk dilindən dilimizə milli mənşəyə malik bəzi sözlərin keçməsi bu insanları niyə narahat edir?!”
Akademik dilin kütləvi təsirlərindən də bəhs edib:
“Kütləvi təsirə gəldikdə isə bu, ailə və məktəblə əlaqəli işdir. Əgər məktəbdə yazıçı və şairlərimiz düzgün və ciddi tədris edilsə, müəllimlərimiz savadlı və milli qeyrətli olsa, heç bir təhlükə yoxdur”.
T.Hacıyev sonda A.Salayevin fikirləri ilə bağlı münasibətini əlavə edib:
“A. Salayev kimilər türk qardaşlarımızın təsirindən qorxmasınlar. Ədəhşətli hal xeyli ailələrin, o cümlədən uşaqların Azərbaycan dilini tamamilə bilməməsi, ingilis və ya rus dilində ünsiyyət etmələridir”, - deyə dilçi yekunlaşdırıb.
Şəhla Ağazadə