Çinin ABŞ-yə reaksiyası: İqtisadi və ticarət məsələlərini siyasiləşdirməyin

Bölmə: Dünya › ,
Tarix: 20:27 23.02.2025

Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ-nin yanaşmasının milli təhlükəsizlik anlayışını ümumiləşdirən qeyri-bazar və ayrı-seçkilik tətbiqi olduğu və iki ölkə arasında normal iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcəyi bildirilib.

 

Bəyanatda sirkulyarın həyata keçiriləcəyi təqdirdə Çin və ABŞ arasında investisiya mübadiləsinə zərər verəcəyinə diqqət çəkilərək, bunun ABŞ-yə heç bir fayda verməyəcəyi vurğulanıb.

Dünən dərc olunan “Amerikanın ilk investisiya siyasəti” adlı sirkulyarda ABŞ prezidenti Tramp Çinlə əlaqəli şirkətlərin ABŞ-də “texnologiya, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, enerji, xammal və digər kritik sektorlara” sərmayə qoymasının qarşısını almaq üçün Xarici İnvestisiya Komitəsinin nəzarəti də daxil olmaqla, “bütün qanuni vasitələrdən istifadə ediləcəyini” bildirib.

Sirkulyar həmçinin iddia edirdi ki, Amerika şirkətlərinin Çinin hərbi sənaye sektoruna sərmayə qoymasının qarşısı alınacaq, çünki Pekin administrasiyası “ordu, kəşfiyyat və digər təhlükəsizlik aparatlarını modernləşdirmək üçün Amerika kapitalından istifadə edir”.

ABŞ Maliyyə Nazirliyinin Xarici İnvestisiya Komitəsi xarici sərmayələrin milli təhlükəsizlik risklərini yoxlayaraq ölkəyə gəlməsinin qarşısını almaq səlahiyyətinə malikdir.

 

Mənbə: a haber
Nərmin Həşimova