Rusiyanın xarici işlər naziri Lavrov Türkiyəyə gəlir

Tarix: 20:51 23.02.2025
Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada deyilir:
“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 24 fevral 2025-ci il tarixində ölkəmizə rəsmi səfər edəcək”.
Mənbə: CNN Türk
Nərmin Həşimova