Paşinyan ciddi təhdidlərlə üz-üzədir-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:11 23.02.2025

Rusiya-ABŞ arasında baş tutan danışıqlar təkcə anti-Paşinyan qüvvələrinin mövqeyini gücləndirmir, eyni zamanda hər iki ölkə arasındakı danışıqların aktivləşməsində vasitəçi rolunu oynayır.


Bu fikirləri “İnformator.az”a açıqlqmasında siyasi şərhçi Əziz Əlibəyli bildirib. Şərhçinin sözlərinə görə, danışıqlar baş tutmadan öncə müəyyən proseslərə diqqət yetirilməsi vacibdir:
“Mövcud danışaqlara başlamadan öncə Azərbaycanda baş tutan qondarma rejimin seperatçılarının məhkəmə prosesinə diqqət yetirmək lazımdı”.


Şərhçi bildirir ki, sözügedən məhkəmə Ermənistana dair mənfi situasiyaların aşkara çıxmasında rol oynayır:
“Bu məhkəmə prosesi Ermənistan hakimiyyətinin indiki və keçmiş elitasını ifşa edərək, istər Ermənistan daxilində, istərsə də Bakıda separatçıların məhkəməsində səsləndirilən fikirlər əsasında müəyyən qarışıqlığa səbəb olur”.


Ə.Əlibəyli Paşinyan və ona müxalif olan şəxslər arasında qarışıqlığın yaranması məsələni ön plana çəkib:
“Robert Köçəryanın rəhbərlik etdiyi koalisiya siyasətinin arxa planında Ruben Vardanyanın ifadələri dayanırdı. Bakıdan səsləndirilən fikirlər Paşinyanda ciddi təhdidlər yaranmasına gətirib çıxarır”.


Şərhçinin sözlərinə görə, mövcud tərəflər Rusiya ilə paralel, Bakı üzərindən də öz güclərini konsultasiya edirlər:
“Mövcud şərait ona gətirib çıxara bilər ki, Azərbaycan tərəfi Ermənistanda kimin hakimiyyətdə olmasını özü müəyyənləşdirsin”.


Ə.Əlibəyli sonda Rusiyanın Ermənistandakı güclü fəaliyyətindən söz açıb:
“Rusiya hər zaman Ermənistanda güclü fəaliyyət göstərib. Dəmir yollarının, karbohidrogen xətlərinin, həmçinin hava məkanının idarəsində Rusiya daim üstün mövqe göstərib. Məhz bu səbəbdən hansı tərəflərin rusiyapərəst, müxalifət yönümlü, yaxud Paşinyan mövqeyində olduğunu müəyyən etmək çətindir”, deyə şərhçi yekunlaşdırıb.


Rüfət Nəbiyev