Ankarada kritik zirvə!-Zelenski Türkiyəyə gəlir

Bölmə: Dünya › ,
Tarix: 22:21 17.02.2025

Prezident Rəcəb Tayyib Ərdoğan sabah Prezident Kompleksində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

 

Görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.

 

İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR VƏ RUSİYA MÜHARİBƏSİ MASADA

 

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, fevralın 18-də Prezident Kompleksində onun dəvəti ilə ölkəmizə rəsmi səfərə gələcək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova