Di Mariadan Argentina etirafı!

Bölmə: İdman › ,
Tarix: 21:29 18.02.2025

Argentina ulduzu Di Maria, Dünya Kuboku zəfərinə baxmayaraq keçmiş illərdə yaşadıqlarını hələ də unuda bilmədiyini etiraf edib.

 

Argentinanın 2022 Dünya Kubokunu qazanmasında, həmçinin 2021 və 2024-cü illərdəki Copa America zəfərlərində mühüm rol oynayan “Benfica”’nın cinah oyunçusu Angel Di Maria, karyerasının əvvəlində 2014 Dünya Kuboku, 2015 və 2016-cı illərdəki iki Copa America finalında məğlub olaraq ağrılı üç illik bir dövr keçirdiyini bildirib. Lionel Messi ilə birlikdə tarixi zəfərlər qazanaraq özünü bağışlatmasına baxmayaraq, Di Maria bu ürək parçalayan məğlubiyyətlərin yaralarının tamamilə sağalmadığını etiraf edib.

 

Keçmiş “Real Madrid” və “Paris Saint-Germain” ulduzu Infobaeyə verdiyi müsahibədə belə deyib: “Buna görə hələ də dərman qəbul edirəm. Dozasını azaltmağı bacardım. Çox daha yaxşıyam, amma bu cür şeylər sizinlə qalır. İz buraxırlar".

 

Di Maria, həmçinin, çox yaxın olmalarına baxmayaraq acı bir şəkildə kubok qazana bilməyən keçmiş Argentina millisinin oyunçularına da simpatiya duyduğunu bildirərək əlavə edib:

“Dünya Kuboku finalına çıxıb qalib gələ bilməyən uşaqları kim xatırlayır? Çox az adam, bu mənə ədalətsiz gəlir. O uşaqlar haqqında kim danışır? Heç kim. Çox az adam sizə onların necə oynadığını deyə bilər. Copa Americanı və Dünya Kubokunu qazandığımızda bir çox dəfə dedim ki, bu kuboklar həmişə əvvəlki nəsil sayəsində qazanılıb".

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli