Avropalılar sanksiyalar tətbiq etmək yolunu davam etdirirlər

Tarix: 17:32 24.02.2025
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Peskov ABŞ-nin Rusiyaya münasibətini yenidən formalaşdırmaq istəyini alqışladıqlarını ifadə edərək, "Ümid edirik ki, Vaşinqton Ukrayna böhranının əsas səbəblərini təhlil edəcək. Biz həmişə Avropadakı rəqiblərimizin diqqətini bu məsələyə yönəltməyə çalışmışıq, lakin keçmiş ABŞ administrasiyası kimi onlar da bunu rədd ediblər. Əsas səbəbləri dərindən təhlil etmədən məsələnin həllinə nail olmaq mümkün deyil",-dedi.
Peskov qeyd edib ki, həftəsonu ABŞ ilə keçiriləcək danışıqlarda xarici işlər nazirlərinin ekspertləri səviyyəsində ikitərəfli münasibətlərdəki problemlər və iki ölkənin diplomatik nümayəndəliklərinin işinə mane olan məsələlər müzakirə olunacaq.
Peskov Avropa Birliyinin (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmə qərarına gəlincə, "Avropa ilə dialoqun bərpası üçün heç bir əsas görmürük. Avropalılar sanksiyalar tətbiq etmək və müharibənin davam etməli olduğu fikri ilə hərəkət etməkdə davam edirlər. Bu, Ukrayna məsələsində həll yolları axtarmaq istəyi ilə ziddiyyət təşkil edir. Əslində, biz bu məsələ ilə bağlı Amerika ilə məşğuluq",-dedi.
Mənbə: CNN Türk
Nərmin Həşimova