Rusiyanın Fransadakı baş konsulluğuna hücum edilib

Tarix: 19:24 24.02.2025
Fransanın Marsel şəhərində Rusiyanın Baş Konsulluğu yaxınlığında partlayış baş verib. Rusiya mətbuatına açıqlama verən Xarici İşlər sözçüsü Zaharova, hücumda "terror hücumu" əlamətlərinin olduğunu ifadə edərək, "Fransadan hərtərəfli araşdırma ilə bağlı təcili tədbirlər görməsini tələb edirik"-deyib. Rusiyanın rəsmi xəbər agentliyi TASS-ın məlumatına görə, insident yerli vaxtla təxminən 08:00-da (Moskva vaxtı ilə 10:00) baş verib. Hadisə yerinə 30-a yaxın yanğınsöndürən və xilasedicilər göndərilib.
“Valeurs Actuelles” jurnalının müxbiri bildirir ki, ehtimal ki, naməlum şəxslər konsulluğun ərazisindəki bağçaya iki molotov kokteyli atıblar. Kremlin sözçüsü Dmitri Peskov da açıqlamasında bildirib ki, Marsel Baş Konsulluğunda baş verən partlayışla əlaqədar Rusiyanın “dost olmayan” ölkələrdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Milliyət.az
Meşədiyeva Türkanə