"Qərb İttifaqları və Sanksiyaların Gecikməsi Beynəlxalq Gərginlikləri Artırır"

Bölmə: Siyasət › ,
Tarix: 19:18 24.02.2025

Ukraynada davam edən münaqişə, Qərb ittifaqlarının gecikən sanksiya və hərbi yardımları ilə beynəlxalq gərginlikləri daha da artırır. 

 

Məsələ ilə bağlı siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Trump administrasiyasının Rusiya münaqişəsi ilə bağlı Ukrayna məsələsinə dair danışıqlara başlaması əslində müəyyən fikir ayrılıqlarına və mümkün parçalanma təhlükəsinə səbəb oldu:

 

"Böyük Britaniya, Fransa, Almaniya və Kanada Ukraynanı müdafiə edirlər. Yəni, onlar müharibə variantını dəstəkləyir və bildirirlər ki, münaqişəni müharibə yolu ilə həll etmək mümkün ola bilər. Donald Trump isə Ukraynada referendum keçirilməsi təklifinə müsbət yanaşmadı.

Baş nazir Castin Trüdonun açıqlamasında da bu özünü göstərir. O bildirir ki, Kanada həmişə Ukrayna xalqını və Ukraynanı dəstəkləyəcək. Müharibənin əvvəlində Ukraynanı dəstəkləmək üçün Avropanın rəhbərliyi ilə bir sıra ölkələr “Ramstein qrupu”nu yaradır. Ramstein Almaniyada bir şəhərdir və orada Avropanın əsas hərbi bazalarından biri yerləşir. Orada toplanırlar və müharibə üçün vahid mövqe müəyyənləşdirirlər. Yardımlar göstərildi, qiymətlər isə dəyişdi və s. Lakin Rusiyaya qarşı sanksiyalar gecikdi. Müharibənin gedişində də Rusiyaya tətbiq olunan sanksiyaların gecikməsi, onlara nəzarət olunmaması və Rusiyanın imkanlarının nəzərə alınmaması burada düzgün qiymətləndirilmədi. Ukrayna ilə Rusiya arasında gedən müharibədə isə bir çox humanitar problemlər ortaya çıxdı. ABŞ-nin Ukraynaya yardım məqsədi ilə ayırdığı maliyyə vəsaitinin və yardımın 102 milyard dollar təşkil etdiyini öz açıqlamasında bildirdi. Bu kimi məsələlər Ukraynanın irəliləyişinin qarşısını alır”.

 

Siyasi şərhçinin sözlərinə görə, Kanada Baş naziri Castin Trüdonun Ukrayna məsələsində verdiyi bəyanatın ABŞ-nin ümumi maraqları ilə ziddiyyət təşkil edir:

 

“Trüdonun bəyanatı bir tərəfdən ABŞ-nin ümumi maraqlarına zidd kimi qiymətləndirilsə də, digər tərəfdən Donald Trump Kanadanın bu məsələdəki mövqeyinə qarşı çıxa bilərdi. Yəni, Kanada ilə ABŞ arasında Trumpun məlum açıqlamasına görə, müəyyən gərginlik mövcuddur. Bu kimi məsələlərdə Kanada bir mənalı şəkildə Avropadakı tərəfdaşlarının mövqeyini dəstəkləyirdi. Kanada nə ABŞ, nə də Avropa İttifaqının bir hissəsidir. Yəni, nə ABŞ-nin, nə də Avropa İttifaqının tərkibindədir. Bununla belə, Avropa İttifaqının Ukrayna məsələsi ilə bağlı atdığı addımları hərbi, maliyyə və siyasi baxımdan dəstəkləyə bilər. Bu məsələdə isə Fransa atılan addımlara müxalif ola bilər”.

 

Xanım Ağamalıyeva