Türkiyə Ukrayna üçün vacib təhlükəsizlik qərarı aldı-Zelenski

Tarix: 19:57 24.02.2025
Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib.
Sülh üçün lazım gələrsə vəzifəsini tərk edə biləcəyini deyən Zelenski Türkiyəni Ukrayna üçün vacib təhlükəsizlik təminatçısı kimi gördüyünü də qeyd edib. Ukraynada sülhü təmin etmək üçün prezidentlikdən istefa verməyə hazır olduğunu bildirən Zelenski, belə bir fürsət olarsa, “NATO-ya üzvlük” müqabilində istefa verə biləcəyi mesajını verdi.
Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarında Ukrayna ilə yanaşı, ABŞ, Rusiya və Avropa ölkələri də iştirak etməlidir. Sabah Kiyevdə zirvə toplantısının keçiriləcəyini bildirən Zelenski, 13 tərəfdaşın Kiyevə gələcəyini və 24-də onlayn şəkildə görüşə qatılacaqlarını bildirib.
Mənbə:TRT Haber
Aysel Mirzəyeva