Ukrayna prezidenti Zelenskinin Türkiyə ilə bağlı şərhi

Bölmə: Dünya › ,
Tarix: 18:00 24.02.2025

Ukrayna prezidenti Zelenski mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar verib.

 

Həm ABŞ, həm Ukrayna, həm də xalqı üçün sərfəli müqavilənin imzalanmağının lazım olduğunu deyən Zelenski, təhlükəsizlik zəmanətlərinin yalnız ABŞ-nin dediyi kimi deyil, açıq şəkildə müqaviləyə daxil edilməli olduğunu vurğulayıb.

"Tramp əbədi qalmayacaq və bizə uzun illər sülh lazımdır", - Zelenski deyib.

Zelenski ABŞ-nin "yalnız pul dəstəyi deyil, həm də siyasi və sanksiya sahələrində" dəstəyinin ölkəsi üçün vacib olduğunu vurğulayaraq, "Düşünürəm ki, ABŞ bu il müharibənin qaynar fazasını sona çatdırmaq üçün əlindən gələni edəcək. Onların məqsədi budur",-dedi.

 

“TÜRKİYƏ, UKRAYNA ÜÇÜN ƏHƏMİYYƏTLİ TƏHLÜKƏSİZLİK ZƏMANƏTİDİR”

 

Avropa İttifaqı liderlərinin bazar ertəsi Ukraynada keçirilən görüşü ilə bağlı Zelenski Ukraynanın təhlükəsizlik zəmanətlərinin müzakirə olunacağı bu görüşün “dönüş nöqtəsi” olacağına ümid etdiyini bildirib.

Zelenski əlavə edib ki, o, Türkiyəni Ukrayna üçün vacib təhlükəsizlik təminatçısı kimi görür.

 

Mənbə: a haber
Nərmin Həşimova