Həkimin verdiyi dərman oyuna aludə edib

Tarix: 19:50 24.02.2025
İngiltərədə ayaq sindromu üçün dərman qəbul edən qadın Candy Crush-a aludə olduqdan sonra Britaniya Milli Səhiyyə Xidmətindən (NHS) 6 rəqəmli təzminat alıb. İngiltərədə yaşayan bir qadın 2008-ci ildə "narahat ayaq sindromu" səbəbiylə həkimə müraciət edib. O, həkimin müayinəsindən sonra verdiyi dərmanlara görə qumara aludə olduğunu iddia edərək məhkəməyə müraciət edib. Qadın həkimin ona yazdığı reseptin “dofamin agonisti ropinirol” olduğunu və sonradan ona “pramipeksol” adlı başqa bir dərman yazıldığını bildirib. Şəxsiyyəti açıqlanmayan qadın bu dərmanlardan istifadə etməyə başladıqdan sonra "Candy Crush adlı telefon oyununu obsesif şəkildə oynamağa başladım"-dedi. Dərman qəbul etməyə başladıqdan sonra qumara aludə olduğunu iddia edən qadın, virtual qumar maşınlarına aludə olduğunu bildirib.
Oyun pulsuz olsa da, oyunçular səviyyələri daha sürətli və ya tamamlamaq üçün daha asan ödəniş edə bilərlər. Həyatının alt-üst olduğunu bildirən qadın resept yazan ailə həkimini məhkəməyə verib. İddia nəticəsində NHS günahkar bilinib. Hakim belə nəticəyə gəlib ki, həkimlər qadına normaldan iki dəfə çox dərman verildiyini deyərək, mümkün yan təsirləri barədə məlumat verməyiblər. NHS onun itkilərini ödəməyə razı oldu. Hər 100 xəstədən 17-də impulsiv nəzarət pozğunluğuna səbəb olduğu təsbit edilən dərmanlara görə qadına 170 min lirə təzminat ödənilməsinə qərar verilib.
TRT XƏBƏR
Türkanə Meşədiyeva