Ağıllı telefonun beyin və rus sağlamlığına təsirləri

Bölmə: Maraqlı › ,
Tarix: 20:25 24.02.2025

Saatlarla telefon ekranına baxmaq təkcə vaxtınızı deyil, həm də ruh sağlamlığınızı tükəndirə bilər! Elmi araşdırmalar ağıllı telefon istifadəsinin məhdudlaşdırılmasının stress, narahatlıq və diqqət problemləri üzərində müsbət təsirlərini göstərir. Bəs telefon istifadəsini azaltmaq beyin və psixoloji sağlamlığınıza necə təsir edir?

 

Ağıllı telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Xəbərləri oxumaq, işimizi idarə etmək, dostlarımızla ünsiyyətdə qalmaq üçün bu cihazları daim əlimizdə saxlayırıq. Lakin araşdırmalar göstərir ki, həddindən artıq telefon istifadəsi narahatlıq, depressiya və diqqət dağınıqlığı kimi mənfi təsirlərə səbəb ola bilər.

 

Ağıllı telefonlar informasiyaya ani çıxış və ünsiyyət rahatlığı təmin etsə də, eyni zamanda asılılıq yaradaraq insan psixologiyasına mənfi təsir göstərə bilər. Pew Araşdırma Mərkəzinin məlumatına görə, amerikalıların 91%-i internetə qoşulmaq imkanı olan ağıllı telefona sahibdir və bu rəqəm hər il artır. Lakin bu davamlı bağlılıq sosial əlaqələri zəiflədir və diqqət müddətini azaldır.

 

Mehriban Nəsibova

A Haber