Gümüşlər Monastırı

Tarix: 20:58 24.02.2025
Kapadokya bölgəsinin ən böyük monastırlarından və Anadoluda 10-cu əsr Bizans sənətinin yaxşı qorunan nümunələrindən biridir. Kvadrat planlı mərkəzi həyət, kilsə və bu həyətə birləşdirilən yeraltı boşluqlardan ibarətdir.
Monastır və yeraltı qəsəbə 10-cu əsrdə əsas yaşayış məntəqələrindən uzaqda salınıb:
O dövrdə "Traika" adlanırdı, ətrafında qədim zamanlardan bəri gümüş yataqları olduğundan Osmanlı İmperatorluğu dövründə Əski Gümüşlər şəhəri adlandırılıb və monastırdan qeyri-müsəlmanlar ibadət üçün istifadə ediblər.
Cümhuriyyət dövründə, 1924-cü ildə Lozan mübadiləsi nəticəsində Niğde ətrafındakı qeyri-müsəlmanların Yunanıstana köç etdiyi zaman, monastır fəaliyyətini dayandırıb və tərk edilib, təxminən 40 il istifadə edilməyib. Monastır 1962-ci ildə yenidən kəşf edilib.
Bərpa işlərinə 1963-cü ildə britaniyalı arxeoloq Maykl Qof başlayıb. Gümüşlər Monastırı və ətrafı 1973-cü ildə arxeoloji ərazi elan edilərək ziyarətçilərin istifadəsinə verilib.
Mənbə : Antik tarih
Türkan Kərimli